adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2018 17:31
19856
MƏDƏNİYYƏT
A- A+

Bakıda 5 türk filmi 9 dəfə kinosevərlərə pulsuz təqdim olunacaq

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

Adalet.az xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.

Qeyd edək ki, film həftəsinin açılışı noyabrın 23-də saat 20:00-da "Güllər" filminin qala-gecəsi ilə baş tutacaq.