adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Noyabr 2018 16:14
6704
MƏMLƏKƏT
A- A+

Ölkəyə gətirilən bu avtobuslar ƏDV-dən azad olunacaq

1 yanvar 2019-cu ildə qüvvəyə minəcək Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə sıxılmış qazla işləyən avtobusların idxalının 2020-ci il yanvarın 1-dən5il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Dəyişiklik qəbul olunarsa. bu, sürücü də daxil olmaqla10nəfərədən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslara şamil ediləcək.

Adalet.az xəbər verir ki, həmçinin qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdə Məcəlləyə 1.63.9 aşağıdakı məzmunda 190.4.1-ci və 190.4.1-2-ci maddələrin də əlavə edilməsi təklif olunur:

190.4.1-1. Avtobuslara görə,

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda, mühərrikin həcminin hər kubsantimetrinə görə -2 manat;

-mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda, 8000 manat+mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat;

- mühərrikin həcmi 10000 kubsantimetrədək olduqda, 2800 manat+mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə-8 manat;

- mühərrikin həcmi 10000 kubsantimetrdən çox olduqda, 44000 manat+mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə-10 manat aksiz dərəcəsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanuna görə:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 20 manat

400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat

3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat

11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat

31400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat