adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Noyabr 2018 14:22
11014
DÜNYA
A- A+

NETENYAHU: «İSRAİL HOLAN YÜKSƏKLİKLƏRİNDƏ HƏMİŞƏLİK QALACAQ»

Bu barədə bəyanat verən baş nazir bildirib ki, Holan yüksəklikləri həmişəlik bizim əlimizdə olacaq.

Netenyahu ABŞ-a BMT Baş Assambleyasında məsələnin müzakirəsinə imkan vermədikləri üçün təşəkkürünü bildirib: «Biz uzun zamandır ki, amerikalı dostlarımızla bu məsələnin BMT-yə çıxarılmasına imkan verilməməsi ilə bağlı danışıqlar aparırdıq. Mən şəxsən prezident Trampa bizim siyasətə uyğun hərəkət etdiyinə görə minnətdaram».

1944-cü ildən Suriyaya məxsus Holan yüksəklikləri 1967-ci ildən «altıgünlük müharibə»dən sonra İsrail tərəfindən işğal olunub. İsrail parlamenti 1981-ci ildə «Holan yüksəklikləri» ilə bağlı birtərəfli qaydada qərar qəbul edərək bu yüksəklikləri öz əraziləri elan ediblər. 1981-ci ilin dekabrından BMT TŞ 497 saylı qətnaməsi ilə bu işğalı qanunsuz hesab etsə də İsrail bunun heç fərqinə də varmır.