adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Noyabr 2018 14:14
11604
DÜNYA
A- A+

KÜRDLƏR DAHA BİR DÖVLƏT QURUR

Şimali İraqda artıq belə bir kürd dövləti mövcuddu, mərkəzi hökumətə heç bir bağlılığı da yoxdu. Bərzani Ankaraya rəsmi səfərə gələndə də öz bayrağı ilə gəlmişdi, İraq bayrağı ilə yox.

Və İraq Kürdüstanında adamlar adam kimi yaşayır, əmin-amanlıqdı. Elə qardaş Türkiyədə də əlində pulu olan qaçıb ora sərmayəyə yatırırlar, çünki vergidən azaddırlar.

İŞİD də ya qorxusundan, ya da onu yaradanların tapşırığı ilə İraq Kürdüstanı tərəfə hərlənmir.

İndi də Suriyanın şimalında kürdlər yeni bir dövlətlərini qururlar və ən maraqlısı odur ki, nəzarət elədikləri ərazilərdə ərəb əlifbasını qadağan ediblər, keçiblər latın əlifbasına. Ərəb əsarətindən təmiz qurtulmaq üçün hicabı və çarşabı da qadağan ediblər. Və artıq 60 minlik də bir ordu yaradıblar. ABŞ da həmin ordunu ən müasir silah-sursatla, texnikayla təmin edir.