Kitabımın qazancı peraşki oldu - Eminquey yazır

EMİNQUEY AKİF
46364 | 2018-11-19 18:30

Kitabımı çap etdirmək üçün mətbəə tapana kimi nəzülmlər çəkdim, bir şeirlərim bilir, bir də mən. Axır ki, oxuduğumuniversitetdə müəllimim kömək əlini uzatdı. Məni mətbəələrin biri calaşdırdı.Ən minimum qiymətdə çapa razılaşdıq. Və mən onlara əlimdəki materialıgöndərəcəkdim. Şeirlərimi bir yerə yığdım, yolladım. İki gün sonra dostlarlaməsləhətləşəndən sonra bəzi şeirlərimi kitabdan çıxardım. Və yenidən ikincimaterialı göndərib bir mesaj da üstündə yazdım ki, xahiş edirəm, birinci yox,məhz bu material çapa getsin.

Cibimdəkipula yetlik çap birbaşa çap idi. Yəni heç bir nümunə verilməyəcəkdi. Bir aykeçdi, mətbəədən zəng gəldi ki, kitablarınız hazırdı, gəlin, götürün.

Tez maşınıolan dostlarımdan birinə zəng vurub xahiş etdim ki, kitablarımı mətbəədəngötürməyə kömək eləsin. Bunları əlimdə daşıya bilmərəm. Sevincək yola düşdükmətbəəyə. Qapıdan içəri girəndə sağda ağ paketlərdə, beli lentlə bağlanmışkitablar gördüm. Təxmin elədim ki, mənimkilərdir.

Elə də oldu.Tez paketlərdən birini yırtdım. İlk baxışdan kitab çox gözəl dəydi gözümə.Açdım, bir səhifə, iki səhifə, hər şey normal gedirdi. Şeirlərə çatanda gördümki, bu birinci materialdakı şeirlərdir. Barmağı dişlədim, əlimi başıma çırpdım.

- Aaa, axı mən demişdim ki, bunları çapa verməsinlər.İndi mən neyləyəcəm? Axı burada mənim kəm-kürüş şeirlərim də var. Camaat nədeyər?

Mətbəə ilərazılaşmışdıq ki, qabaqcadan çox yüngül bir beh verəcəm, qalan pulu təqdimatdansonra həll edəcəyik. Elə buna görə də mətbəə ilə kəllə-kəlləyə gəlməyə utandım.Deyəm ki, bu nədir? Niyə bu materialı çapa vermisiniz? Guya nədəyişəcəkdi?

***

İlk kitabımçapdan çıxanda çox həyəcanlı idim. Bir qadın uşağını 9 aya necə dünyayagətirirsə, mənim də kitabım elə ərsəyə gəldi. Təqdimatdan sonra kitablarımdan beş-onunu qoltuğumavurub kitab dükanlarının birinə yollandım. İçəri girən kimi bir nəfər işçiyaxınlaşdı və soruşdu:



- Salam, qardaş, nəlazımdır?



- Salam, bəy, mən gəncşairəm.

Bunu dedim vəqarşımdakı adamın üzündə qəribə bir ölüvaylıq hiss elədim. Çox güman özünü gücləsaxladı ağzını büzməkdən.

- Lap yaxşı. Nə istəyirsiniz?

- İlk kitabımın təqdimatı baş oldu bugün. Əlimdəqalan kitabları da mağazalarda satışa qoymaq istəyirəm. İstədim ki, sizinmağazada da satılsın.

- Mmm... Kitaba baxa bilərəm?

- Əlbəttə, buyurun.

Kitabınbirini adama uzatdım, kitabı qaçıb bir-iki vərəq çevirdi...

- Bilirsiz, bizdə şeir kitabları satılmır e.

Elə bil əlimiisti bir şeyə yapışdırıb o dəqiqə də soyuq nəyəsə basdılar. Cızzz elədim. O isəçox insafsızcasına sözünə davam elədi:

- Bizdə detektiv romanlar çox satılır.

- Qardaş, mən şairəm, detektiv romanı yazıçılaryazır.

- Detektiv roman olsaydı razılaşardıq, amma şeirkitabı satılmır bizdə. Üzrlü sayın.

- Siz kitablarımdan dörd-beşini rəfə qoyun, inanınsatılacaq.

Adamı birtəhərrazı sala bildim. Razılaşdıq ki, hər kitab 5 manata satılacaq və ölkə miqyaslı tanınmamış müəllif olmadığımagörə 3,50 qəpik qazancım olacaq. Tanınmış müəlliflər məndən 50 qəpik hömətliimiş. Açığı qarşımdakı adamın bu etinasız və kinayəli yanaşmasına bir cavabverməliydim. Verməsəydim ürəyim partlayardı. Dedim:

- Qardaş, məhz sizin xətrinizə çalışacam gələn dəfədetektiv şeirlər kitabı çap etdirim. Sağ olun.

***

Kitablarımıntaleyilə çox da maraqlanmıram. Amma hərdənbir mağazalara baş çəkirəm. Dəfələrinbirində mağazaya girmişəm. Yerli müəlliflərin kitablarının olduğu rəfi tapdım.Başladım öz kitabımı axtarmağa. Ard-arda düzülmüş kitabların arasında kitabımıtapdım. Kitabım özüm kimi arıq-uruq bir kitabdır. Və onu elə bir yerə dürtüblərki, gözlə görünmür. Sadəcə, mən onunla yaxşı tanışam deyə tapa bildim. Öz-özüədeyindim:

- Yekə adamlarsız, bu kitabın nə günahı var? Bura gələnoxucu onu necə tapsın?

Bunu deyibkitabımın birini cərgədən çıxartdım. Və görünsün deyə üzünü çevirib rəfin görünənyerinə qoyub mağazadan çıxdım.

***

Bir neçə günqabaq mənə təcili pul lazım oldu. Ağlıma gəldi ki, kitablarım mağazada durur. Bəlkəsatılıb?

- Seymur, dur gedək mənimlə mağazaya, amma mənuzaqda duracam. Sən soruşarsan ki, kitabım satılıb ya yox?

- Niyə Emin?

- Utanıram.

Mağazayaçatdıq. Seymur məni yola gətirdi, içəri girən kimi qaçdım kitabımın olduğu rəfə.Yenə də eyni şey. Kitablar gözdən uzaq bir yerdə beli rezinlənib kitablarınarasında dürtülmüşdü. Elə bil üç adamı bir-birinə bağlayıb məngənə arasınasalıb işgəncə verirdilər. Hə, üç kitabım qalmışdı. Bu kitabları mağazayaverdiyim o gündən iki il keçib, o vaxt beş idilər, indi üç.

Gözləriməinanmırdım. İşçilərdən birini çağırıb təəccüblə soruşdum:

- Xanım, satılıb kitablarım?

- Orada nə qədərdirsə, odur.

- Burda üç kitab qalıb, amma əvvəllər beş idi.

- Hə, deməli satılıb.

Yaxınlaşdıqkassaya, öyrəndim ki, doğrudur, satılıb. Amma nə vaxtsa mən yenə belə bir fövqəladəgünlərdən birində bura gəlmişəm və satılan bir kitabın pulun alıb getmişəm. Onagörə də indi onlar mənə yalnız bir kitabın pulunu verəcəkdilər. Oğlan 3,50 qəpiyiuzatdı mənə.

Çox sevincliidim.

- Seymur, vəssalam, gedirik çayxanaya, özü də tez.

O tərəflərdəbir perajki satılan yerin qabağında dayandım. Birdən ağlıma gəldi ki, uşaqlardeyirdi, acıq. İndi beş-on peraşki almağım lap yerinə düşər, qalanını da çaya,ya da siqaretə verərəm.

Çayxanayaçatdıq.

Perajki doluselofanı masanın üstünə çırpıb dedim:

- Yeyin, kitabımın bəhrəsidir. Zəhmətimin çörəyidir.

TƏQVİM / ARXİV