adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Noyabr 2018 15:45
3338
GÜNDƏM
A- A+

Abşeronda bu kəndin elektrik enerjisi təchizatında fasilələr olacaq

Məhəmmədi kəndinin elektrik enerjisi təchizatında fasilələr olacaq.

Bu barədə Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunur.

Məlumata görə, Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinə qədər kəndin bəzi ərazilərində qısa müddətli fasilələr yaranacaq.