Bakı şəhər Baş Polis İdarəsi ötən gün Bakıda Şəhidlər Xiyabanı istiqamətində icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları "Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərmişlər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar
Digər Xəbərlər
23 Aprel 2024 16:18
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı: İlk sərhəd dirəyi quraşdırıldı - YENİLƏNİB
23 Aprel 2024 14:57İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ
23 Aprel 2024 13:38Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
23 Aprel 2024 13:29Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkildi
23 Aprel 2024 13:27