adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Noyabr 2018 19:45
58908
AVTOMABİL
A- A+

“Volksvagen” elektromobil dövrünə keçir

"Volksvagen” konserni yaxın 5 ildə yeni texnologiyaların işlənməsi üçün 44 milyard avro vəsait xərcləyəcək.

Adalet.az xəbər verir ki, bu barədə "Blomberq” agentliyi məlumat yayıb.

Bildirilib ki, 44 milyardlıq vəsaitlə konsern yeni pilotsuz aparatlar və elektromobillər hazırlamaq niyyətindədir. Şirkət 2025-ci ilə qədər 50 model elektromobil istehsal etməyi planlaşdırıb. 2019-cu ildə şirkətin "Porşe” və "Audi” brendlərinin elektromobillərini buraxacağı açıqlanıb.

Konsernin yeni texnologiyalar yatıracağı investisiya onun bütün kapital xərcləmələrinin üç birini təşkil edəcəyi bildirilib. "Volksvagen”in belə qərar qəbul etməsinə əsas səbəb kimi "Tesla”nın avtomobillərinə dünyada tələbatın artması göstərilib.