adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 18:37
11322
İDMAN
A- A+

Kosovo – Azərbaycan oyununun hakimləri açıqlandı

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Adalet.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.