adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 16:40
12354
İDMAN
A- A+

Yığmamızın ikinci sınağı

19 yaşadək futbolçulardan ibarətmillimiz Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Adalet.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi komandamızGürcüstanın müvafiq yaş qrupundan ibarət yığmasıilə qarşılaşacaq. Tbilisi şəhərindəki Mixail Mesxi adına stadiondakı matçsaat 17:00-da başlayacaq.

Qeyd edək ki, qrupdakı ilk oyununda İsrailə 1:4 hesabı ilə uduzan yığmamız 3-cü pillədədir. Turnir cədvəlinə Gürcüstan başçılıq edir. İsrail 2-ci, Lixtenşteyn isə sonuncudur.


Avropa çempionatının seçmə mərhələsi

1-ci qrup, 2-ci tur

17 noyabr

17:00. Gürcüstan - Azərbaycan
Hakimlər:Donatas Rumşas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Rocker, Erik Lambrexts (hər ikisi Belçika)