adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 16:53
21168
İQTİSADİYYAT
A- A+

Azərbaycanda dizel benzindən çox istehlak edilib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 951,6 min ton dizel yanacağı və 920,5 min ton avtomobil benzini istehlak olunub.

Dövlət Statistika Komitəsindən Adalet.az-a bildirilib ki, doqquz ayda ölkədə 290,3 min ton aviasiya üçün və sair ağ neft, 236 min ton neft bitumu, 170,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 127 min ton maye qaz, 45,8 min ton sürtkü yağları istehlak edilib.