adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 14:40
6629
GÜNDƏM
A- A+

Dövlət Miqrasiya Xidmətində qısamüddətli təlim

Dövlət Miqrasiya Xidmətinin Aparatında, o cümlədən Xidmətə daxil olan qurumlarında çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə müntəzəm olaraq təlim və seminarlar keçirilir.

DMX-dan Adalet.az-a verilən xəbərə görə, bu silsilədən növbəti qısamüddətli təlim "Miqrasiya qanunvericiliyinin pozulmasına dair məsuliyyət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddəalar” mövzusunda olub.

DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlərdə miqrasiya orqanlarının fəaliyyətində qanunun tələblərinin möhkəmləndirilməsi, yol verilə biləcək neqativ halların qarşısının alınması, sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin gündəlik xidmət zamanı tətbiqi, izahatların və protokolların tərtib olunması zamanı yol verilən nöqsanların aradan qaldırılması mövzularını əhatə edilib.

Bundan başqa insan alveri qurbanlarının müəyyənləşdirilməsi ilə əlaqədar qanunvercilik, qurban olma ehtimalının araşdırılması və aidiyyəti dövlət orqanının istiqamətləndirilməsi, qurban olması ehtimal olunan şəxslərlə işləmək bacarıqlarının təkmilləşdirilməsi, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarının araşdırılması, inzibati tədbirlərin görülməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları və qaydaları ətraflı tədris edilib.

Təlim prosesinin sonunda dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.