adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 12:54
11643
DÜNYA
A- A+

Pentaqon Türkiyə barədə Konqressə hesabat təqdim etdi

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin "F-35” qırıcı təyyarələrinin hazırlanmasına dair proqramda iştirakının qiymətləndirilməsi barədə bu həftə Konqressə hesabat təqdim edib.

Adalet.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqon rəsmisi Mayk Endryusa istinadən məlumat yayıb.

"Milli müdafiəyə ayrılan büdcə xərcləri haqqında qanunda nəzərdə tutulduğu kimi, növbəti addımlar barədə qərarların qəbulu üçün Pentaqon "F-35” proqramına dair hesabatı Konqressə təqdim edib. Gələn həftə isə Pentaqon hesabatla bağlı yeni məxfi informasiya təqdim edə bilər”, – deyə Endryus bildirib.

Qeyd edək ki, 2002-ci ildən etibarən ""F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd "F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil "F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.