adalet.az header logo
  • Bakı 6°C
17 Noyabr 2018 19:27
11600
DÜNYA
A- A+

Bir il əvvəl itən sualtı qayıq tapıldı

ABŞ-ın "Ocean Infinity” kompaniyası Argentina Hərbi Dəniz Qüvvələrinin ötən ilin noyabr ayında itmiş "San Juan” sualtı qayığını tapıb.

Adalet.az "TASS" agentliyinə istinadən xəbər verir ki, sualtı qayıq 800 metr dərinlikdə aşkar edilib. Axtarış əməliyyatında 60 nəfərdən ibarət komandanın idarə etdiyi və 6 min metr dərinliyə enə bilən 5 müstəqil sualtı aparatdan istifadə olunub.

Həmçinin Argentina Hərbi Dəniz Qüvvələrinin 3 zabiti kompaniyanın "Seabed Constructor” gəmisinin göyərtəsindən əməliyyatı müşahidə edib.

Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli "San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirib. Lakin axtarışlar nəticəsiz qalıb və hökumət axtarışları dayandırmışdı.