adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Noyabr 2018 12:23
8341
MƏMLƏKƏT
A- A+

Bu yolda hərəkət məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.

Agentlikdən Adalet.az-a verilən xəbərə görə, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq. Lakin yolun bağlanması nəzərdə tutulmur.

"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.