adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 11:59
6114
MƏMLƏKƏT
A- A+

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir.

Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.