adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Noyabr 2018 16:32
5469
HADİSƏ
A- A+

AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarəsinin uçuşuna heç bir təhlükə olmayıb.

Bunu Trend-ə ötən gün Moskva üzərində baş vermiş hadisəni şərh edərkən deyiblər.

Qeyd olunub ki, ötən gün "Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan "Vnukovo”ya hərəkət edən təyyarə ilə üz-üzə gəlib.

AZAL-ın təyyarəsi uçuş hündürlüyünü azaldarkən Penzaya hərəkət edən təyyarə hündürlüyünü artırmağa başlayıb. Lakin təyyarələr heç bir insident qeydə alınmadan təhlükəsiz şəkildə uçuşlarını davam etdirib.