adalet.az header logo
  • Bakı 16°C
16 Noyabr 2018 13:44
4454
HADİSƏ
A- A+

“Sədərək”dəki yanğın söndürüldü - YENİLƏNİB

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
***
Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

* * *

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.