adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Noyabr 2018 11:55
9114
GÜNDƏM
A- A+

Ramiz Rzayev: Azərbaycanda hakimlərin sayı azdır

Azərbaycanda hakimlərin sayı azdır.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən KİV rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, hazırda Azərbaycanda 540-550 hakim var: "Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir".

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 919 işə baxılıb:

"Bunlardan 357 min mülki, 5000 iqtisadi, 27 min inzibati işlərdir. Ümumilikdə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 580 işə baxılıb. 500 hakimin bu qədər işə baxması isə çətindir".