adalet.az header logo
  • Bakı 16°C
16 Noyabr 2018 11:48
5486
GÜNDƏM
A- A+

Sahil Babayevin daha bir müavini vəzifəsindən AZAD EDİLDİ

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.