adalet.az header logo
  • Bakı 13°C
15 Noyabr 2018 10:47
9097
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SARALMIŞ DƏFTƏRDƏN BİR VƏRƏQ

İstək
güc gəldi
İstəyimi
gizlədə bilmədim...
İstək
Ürəyimi dindirdi ,
Ürəyimi
Gözlədə bilmədim -
bağışla...

Gözlərim
alışdı
gözlərindən...
Gizlədə bilmədim
Gözlərim
gözlərinlə danışdı ,
anlaşdı

bir - birinə qarışdı...
Gözlərimi
gizlədə bilmədim -
bağışla...

Əllərim
Yarpaq tək əsdi...
Barmaqlarımı
gizlədə bilmədim...
Dözmək
məni sıxdı,
nəfəsimi kəsdi...
Dözümsüzlüyümə
söz deyə bilmədim -
məni
hələ rəhmin varsa-
bağışla!..