Əbülfət MƏDƏTOĞLU: DAŞ
Allah yaradan daşı
Bəndələr divar edir...
Hər bəndənin üstündə -
Axırda cüt daş gedir...
Daşlaşırıq gizlicə...
Özümüz hiss etmədən.
Hətta atılan daşın -
Arxasınca getmədən...
Sonda atılan daşlar -
Ömrə dolu tək yağır...
Daşımıza qurbanlıq -
Oluruq əvvəl , axır...