adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Noyabr 2018 00:20
21915
GÜNDƏM
A- A+

ƏDLİYYƏ POLİKLİNİKASI


Düz iyirmi bir il bu polikliniyaya, o, gəlib-getimişdir. Onnula bağlı qəlbində o qədər söz-söhbətlər, xoş xatirələr var ki. Rəisi həkim Rövşən Məmmədovu lap çoxdan tanıyır. Demək olar ki, elə ədliyyə sistemində işə düzəldiyi 1995-ci ildən. Əslən İmişlidən olduğunu eşitmişdi. Olduqca sadə, səmimi, alicənab adamdı. Gündə onun yanına müayinədən keçmək üçün neçə-neçə işçi, əsgər, zabit gəlir. Hamısına da eyni mehribançılıqla qayğı göstərir. Bəlkə də elə bunun nəticəsidi ki, pasentlər həmişə ondan razılıq edirdilər.
Poliklinikanın labaratoriya müdiri rus təhsilli olana oxşayırdı. Hərdən belə ifadələr işlətsə də, öz dilimizdə çoz şirin, rəvan danışır, özü də çox vaxt elə qoruyucu əlcəkdə, ağız-burunu tənzif sarğısı ilə örtülü olur. Ondan müayinə üçün qan götürəndə familiyasını, adını, atasının adını soruşub qeydiyyat kitabına yazdı. Labaratoriyanın tibb bacısı Lalə xanım öz işinin adını yaxşı bilirdi. Dərhal iynəsi, siprisi ilə qan götürməyə başladı.
Onların yanındakı otaqda dermatoloq həkim Aydın Məmmədov əyləşir. El dili ilə desək dəri zöhrəvi həkimi. Onu da sadə, səmimi bir insan kimi tanıyır. Neçə il vaxt aşırı olaraq yanında olub, müayinədən keçmişdi.
Bir sözlə, həkim, müayinə, poliklinika deyəndə istər-istəməz onun yadına tibb aləmində məşhur olan bir əhvalat düşür. Deyir, Almaniyanın kansleri Bismark çox sərt adam imiş. Bir gün ağır xəstələnir, gələn həkimlər nə qədər çalışsalar da, diaqnoz qoyub, onu sağalda bilmirlər. Şivenninger adında cavan bir həkim gəlir. Deyir: "Cənab kansler, mən baytar həkimi deyiləm... Çox xahiş edirəm ki, sorğu-suallarıma doğru-düzgün cavab verəsiniz ki, diaqnoz qoyub sizi sağalda bilim". Kansler həkimin sözlərindən nəticə çıxarıb, daha alnını turşutmur... Həkim də müalicə edib, onu sağaldır. Sonradan həmin həkimi özünə şəxsi həkim götürür və ömrü boyu onun həkimi olur.
Bəli. həkim sözü bəzən qanun-qaydadan irəli olur. Necə ki, Böyük Vətən müharibəsinin ən ağır günlərində belə qanun idi! Yalnız həkim qızdırması, temperaturu olan, döyüşə yola düşən əsgəri, sıradan çıxara bilərdi! Ölüm cəzasına məhkum olunmuş məhkumun cəzasının icrasına son verərdi! Bu an komandirlər də bir söz deyə bilməzdilər.
USM kabinetinə yaxınlaşır. Ultra səs müayinə kabinetinin müdiri Azər Qasımovdur. Qurşaqdan yuxarı soyunmuş halda uzanıb onun sorğu-suallarına cavab verir. O da aparatı bədəninin müxtəlif yerlərində gəzdirərək deyir:
- Dərindən nəfəs al. saxla...
Bu hərəkətləri bir neçə dəfə təkrar olunur. Razı halda deyir:
- Şükür, yaxşısınız. Xoşagəlməz bir hal müşahidə olunmadı.
Fizoterapiya kabinetlik onun bir işi yox idi. Bura əsil mənada aparatlarla müalicə yeri idi. Oynaq, bel, boyun nahiyyələrindəki ağrılar üçün. İçəridəki həkim bu barədə onu məlumatlandıranda, buradakı səliqə-səhmandan çox razı halda otağa baxmaqda idi.
Lövhədə oxuyur: Həkim-oftalmoloq, otolorinqoloq, cərrah. Yəni birincisi göz həkimi, ikincisi burun-qulaq həkimi... Oradakı Sevinc xanım bir vaxtlar onun xəstə gözlərini müalicə etmişdi. Qısa bir müddətdə gözlərindəki sulanma, kölgələr aradan qalxdı. Hələ də ona minnətdardı. Bu dəfə gedəndə yerində görmədi, başqa yerdə işləyirdi. Onun yerində başqa bir xanım əyləşmişdi. Burun-qulağa baxırdı. Başqa yerdə əyləşmiş göz həkimi. xanımın da adı Sevinc, familyası isə Əmirova idi. Eynək almaq üçün gözlərinin ölçülərini dəqqiləşdirib, arayış yazdı. Divardakı müxtəlif hərflərin böyük, kiçik şəkillərini ona göstərməkdə idi. Sonra da aparata yaxınlaşmağı xahiş etdi. Gözlərinin sağlamlıq vəziyyətini bilmək istəyirdi.
Terapevt həkim Yəhya Hüseynov adlı el dili ilə desək, can həkimi. Neçə illərdi ki, onu şəxsən tanıyır. sadə, səmimi, alicənab bir adamdır. Hətta bir dəfə təzə poliklinikaya köçmələri münasiöətilə onu təbrik edəndə dedi:
- Çox sağ olun. Ancaq hələlik barada kirayədə qalırıq.
- O gün olsun ki, təzəsi tikilsin.
- Tikilər inşallah.
Doğrusu onda öz-özünə fikirləşdi ki, başqa inzibati orqanların niyə müasir tipli poliklinikaları olsun, ədliyyə nazirliyinin yox... Hər halda növbə çatar...
Kardioloq Rəna Hüseynova yerində idi. Fuksional diaqnostika kabinetinin müdiri. Bir vaxtlar onu ədliyyə Hospitalında müalicə üçün yazmışdı. Müayinə göstərmişdi ki, ürəiyndə çat var. İndi odur ki, onu diqqətlə müayinə edə-edə soruşurdu:
- İndi necə?! Bir ağrı hiss etmirsən ki?
- Yox.
- Çox yaxşı...
Onun bir həkim kimi beləcə sadəliyi, qayğıkeşliyi qarşısında baş əyir. Çox lütfükar bir xanım idi. Soz-söhbət ilə potsent kimi razı salmağa çalışır, ona ürək-dirək verirdi:
- Qorxulu bir şey yoxdur, inşallah yaxşı olarsınız. Hər şey sağlamlığa doğru gedir.
Lövhələrə bir-bir nəzər salır: "Ginekoloji kabinet", "Endoskopiya kabineti", "Stamatoloji kabinet"g Baş tibb bacısının otağında kompüter aparatı var. Sanki o hər şeyə nəzarət edir. Müalicə işinin təşkili idarəsi inspektorları ayrıca bir otaqda əyləşiblər. Lövhədə yenə oxuyur: "Həkim - terapevt, endokrionoloq, nevropotoloq, infeksionist... Şəkər həkimi ifadəsini özündə ehtiva edən adın mənasını onun üçün aydınlaşdırırlar. Qalanları aydın idi.
Kardioloji kabinet EXO və EKO... Bu müayinələrdən keçəndən sonra nəticə vermək üçün yenidən Yəhya həkimin yanına gəlir. O müalicə üçün deyir:
- İtburnunu dəmləyib içərsiniz. Öd kisəsi, qara ciyər üçün xeyirlidir. Elə termosda dəmləyib, gündə iki-üç stəkan içərsiniz.
- Oldu...
- Mezin-forte dərmanı alın 30 ədəd. Yemək arası gündə üç dəfə atın. Yağlı yeməklərdən çəkinin. Ağartılı yeməklərə üstünlük verin.
Bu vaxt dəhlizdə Azərbaycan Respublikasının dövlət rəmzləri vurulmuş lövhə - plokat diqqətini cəlb edir. Bayrağımız, gerbimiz, dövlət himnisiz barədə kifəyət qədər aydın məlumat verilir. Rəsmləri də var. Prezidentimiz İlham Əliyevin portireti ilə bir yerdə.
Ədliyyə formasında bir xanım müayinə üçün gəlir. Kimliyini soruşur, məlum olur ki, yetkinlik yaşına çatmayan uşaqların cəza çəkdikləri kalonun əməkdaşı Vüsalə xanımdır. Soruşdu:
- Onlarla işləmək sizin üçün çətin deymil ki?
- Əlbəttə ki, çətinliklər var. Ancaq nə edək... Yola verməliyik.
- Çox yaxşı... Sizə uğurlar... Cavansınız. Bir vaxtlar olar lap kalon rəisi olarsınız.
Qeydiyyat şöbəsi kitabxananı xatırlatsa da, tibb bacısı Ələsgərova Rəşadə çox cəld, səriştəli hərəkət edib, ona aid 510 nömrəli kitabçanı tapmışdı. Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu işləyəndə nömrəsi 466 idi. İndi təqaüddə olduğu üçün nömrəsi dəyişilmişdi.
Dəhlizdə bir müraciət diqqiti cəlb edir: Ayaq saxla, diqqətlə bax və unutma! Xocalı soyqırımı - XX əsrin faciəsi lövhəsi - yazısı, şəkilli. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun geniş məlumatı lövhədə əks olunmuşdur. Şəkillər ona tanış idi. Buxara papaqlı uzanmış kimi, yarımçılpaq cocuq... Üz-gözü əzilmiş , qanlı qadın, uşaqlar... Fəryad filmindən kino səhnəsi, cocuğunu götürüb qaçan qadın... Xocalı harayı heykəli... Prezident başda olmaqla minlərlə adamın piyada həmin istiqamətə yürüşü, xalqın birliyinin, yekdilliyinin nümayişi, bu ağır faciyəyə ağı deyib, yas tutması... Xocalı yaralısı, qan içində olan uşaq...
Xəbərdarlıq lövhələri diqqətini cəlb edir: "Siqaret çəkmək qadağandır". "Sakitliyə riayət edin". Sanitar maarifi bülliteinlərinin müxtəlif xəstəliklərə aid olanları lövhədən asılıb. Bir lövhədə oxuyur: Bakı şəhri, Nərimanov rayonu Ceyhun Hacıbəyli 16/18 ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb baş idarəsinin Təxliyyə planı III mərtəbə... Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi tibb xidmət general mayoru Rəfail Mehdiyev tərəfindən möhürlə təsdiq edilmişdi.
Razılaşdırılmışdı... Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Nəzarəti xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi daxili xidmət polkovniki Səyavuş Qasımovla. 28 dekabr 2015-ci il tarixdə.
Təxliyyə planı Maliyyə - təsərrüfat şöbəsinin inspektoru ədliyyə kapitanı Fərhad Babayev tərəfindən tərtib edilmişdi. Yanğın zamanı zəng edilməli 101, 112 saylı telefon nömrələri göstərilmişdi.
Bir də diqqətim Mömünə- Xatın türbəsi cəlb edir. Yazılmışdı: Mömünə Xatın türbəsi (XII). Məqbərəyə bu yazılarla naxış vurulub: "Biz gedərik dünya qalır, biz ölürük - xatirəmiz qalır".
Sonra da bu yazılar ingiliscə yazılmışdı... Bir də Bakıdakı Yanardağ mənzərəsi... Boz dağın döşündə gur alov dilimləri görünür... Qədim tikililərimizdən, abidələrimizdən olan İmamzadə türbəsi (XIV əsr) diqqəti cəlb edir.
Bütün bunlarla demək istəyir ki, ədliyyə nazirliyinin poliklinikasında gördüyü işgüzarlıq, qayğıkeşlik, səliqə-səhman göstəricilər kaş başqa təşkilatlarda da belə nümunəvi olaydı. Məni bu yazını yazmağa da vadar edən daha çox elə bu gözəllik, fərqlilik oldu...


Əlisəfa Azayev