adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Noyabr 2018 20:00
10377
DÜNYA
A- A+

“Qazprom” İrəvanı təhdid etdi: Razılaşma məhv ola bilər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin ittihamları ucbatından Ermənistan vətəndaşlarının xeyrinə olan sərfəli razılaşma məhv ola bilər.

Bunu jurnalistlərə açıqlamasında "Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan deyib.

"Hazırda "Qazprom Ermənistan” Rusiya banklarından biriylə illik 6,5%-lik güzəştli kredit barədə danışıqlar aparır. Bu pullarla şirkət erməni banklarına yüksək faizlə olan köhnə kredit borclarını ödəyəcək. Bu şirkətin xərclərinin 2,4 milyon dollar azaltmasına gətirib çıxaracaq. Bizim tərəfdaşlar Ermənistanın Dövlət Gəlirləri Komitəsinin bəyanatına reaksiya veriblər. Bizə ciddi narahatlıqlarını söylədilər. İndi biz belə zəngləri digər tərəfdaşlarımızdan da alırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan”ı milyardlarla dramlıq vergi borcunu ödəməməkdə ittiham edib və araşdırmalara başlayıb.(axar.az)