adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2018 19:13
10889
İDMAN
A- A+

FİFA-dan Superliqa klubuna transfer qadağası

FİFA Türkiyənin "Kayserispor” klubuna transfer qadağası qoyub.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna Superliqa təmsilçisinin hollandiyalı yarımmüdafiəçi Adnan Tiqhadouiniyə olan borcunu ödəməməsi səbəb olub. Klubdan 150 min avro alacağı olan Əlcəzair əsilli futbolçu FİFA-ya müraciət edib. Məsələni araşdıran ali futbol qurumu Kayseri təmsilçisini cəzalandırıb. Türkiyə klubu qış transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, A. Tiqhadouini "Kayserispor”a 2015-ci ilin yanvarında İspaniyanın "Malaqa” klubundan transfer olunmuşdu.