adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2018 19:05
10067
İDMAN
A- A+

Norveç məşqçisi: Milli Gimnastika Arenasında məşqlər üçün hər cür şərait yaradılıb

Bir qrup norveçli bədii gimnast Bakı Milli Gimnastika Arenasında təlim-məşq toplanışlarında iştirak edir.

Trend-in məlumatına görə, gimnastlar bolqar məşqçi Krassimira Vassilevanın rəhbərliyi ilə məşqlərini davam etdirir.

K.Vassileva bildirib ki, Bakıda gimnastların məşqləri üçün bütün şərait yaradılıb:

"Gimnastika arenasında məşqlər üçün hər cür şərait yaradılıb. Qrupumuz Azərbaycandan və digər ölkədən olan gimnastları izləmək üçün buraya gəlib. Biz Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ilə tanışıq. Azərbaycanlı həmkarlarımızın münasibəti bizi çox məmnun edir. Onlar bizə hər şeydə kömək edir”.

K.Vassileva əlavə edib ki, Bakıya təlim-məşq toplanışlarına gələn qrup 6 gimnast və iki məşqçidən ibarətdir.