adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Noyabr 2018 18:32
10424
DÜNYA
A- A+

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

Perunun cənubundakı Takna şəhərindəki həbsxanada qiyam baş verib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, qiyam zamanı həbsxananın dörd əməkdaşı da girov götürülüb.

Münaqişə nəticəsində bir məhkum ölüb, daha bir nəfər isə xəsarət alıb.

Hazırda girovların azad edilməsi üzrə danışıqlar aparılır. Həbsxana ərazisinə təhlükəsizlik qüvvələri yeridilib.