adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Noyabr 2018 14:58
6403
MƏMLƏKƏT
A- A+

“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan "Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edillən "Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib.

Milli brendlərin yaradılması və üzərində "Made in Azerbaijan” yazılmış yerli məhsulların xarici bazarlara çıxarılmasını qarşısında dayanan prioritet məsələ hesab edən şirkət ölkəmizdə ətraf mühitin qorunması istiqamətində də böyük layihələr reallaşdırır.

"Azərsun Holdinq” tərəfindən istismara verilmiş Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikində 1 ton kağızın təkrar emalı nəticəsində:

- 17 ədəd şam ağacının kəsilməsi;
- 36 ton CO2 qazının atmosferə atılması;
- 4100 kilovat elektrik enerjisinin sərf olunması;
- 267 kq çirkli qazın atmosferə buraxılması;
- 1750 litr yanacaq neftinin sərf olunması;
- 3-4 m2 anbarlama sahəsindən istifadə;
- 85 m2 meşə ərazisinin məhv edilməsi;
- 38,8 ton suyun sərf olunmasının qarşısı alınır.

Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan stenddə qeyd edilən müəssisədə təkrar emal edilən plastik və kağız tullantılardan hazırlanan məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, Beynəlxalq Ətraf Mühit sərgisi noyabrın 16-na qədər davam edəcək.