adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Noyabr 2018 12:52
5754
GÜNDƏM
A- A+

“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Modern.azsaytının məlumatına görə, Dövlət Komitəsinin sədr müaviniGəray Fərhadovvəzifəsindən azad olunub.

ƏvəzindəSabir ƏhmədovQaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Xatıqladaq ki, Gəray Fərhadov "Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi.
2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi.