Ədəbiyyatımızın cangüdəni – Ayxan Ayvaz yazır...

26481 | 2018-11-18 12:01


Ona "Ədəbiyyatımızın cangüdəni" deyirəm. Deyirəm, uzun,qoyma istedadsız adamlar ədəbiyyat qapısından içəri keçsin. Gülür bekarca...

- Sabah yazdığım yazıya görəkimsə məni söhbətə çağırsa, səni irəli verəcəm. - söhbətlərimizin birindənnümunə.

- Rahat ol, ağzına gələniyaz. - elə inamla dedi ki, onun bir yumruğa beş adamı yerə sərdiyini gözümünqabağına gətirdim.

Onun bu yekəlikdə şeiryazmağı mənə çatmırdı. Sən demə, içində bapbalaca, zəif bir adam çömbəliboturubmuş.

- Axrana ol, qəşəng pulqazan. Nə var e ədəbiyyatda? - bir dəfə əsəbləşib dedim.

Mənə davalarını danışıb.Kimləri döydüyünü, bıçaqlandığını...

Onun bir dialoqu olubmüəllimlə. Fikir verin:

- Ə, gədə, kəs səsini. – bunumüəllimi deyir.

İgidimizin cavabına baxın:

- Gədə sənsən.

Müəllimin hirsləndiyi məqamadiqqət:

- Sən yox, siz.

Haqqında danışdığım gəncyazar Orxan Saffarinin cavabı unikal olur:

- Gədə sizsiz.

Bu davalı hekayələrini vəxüsusən bu əhvalatı dəfələrlə danışıb. Özü də elə həyəcanla. Ümumiyyətlə, onda eyniəhvalatları tez-tez danışmaq mərəzi var. Deyirəm, Orxan, eşitmişəm bunu.Sataşıram ona. Hərdən kimdənsə xoşum gəlməyəndə Orxanı qızışdırmağım olur.Deyirəm, bəlkə onu döyəsən?

- Borxes də sənin kimiadamlardan yazıb.

Bir dəfə bunu deyəndə eləgüldü ki...

Onu mənlə bir yerdə görsənizsizi də gülmək tutar. Uzun və balaca. Don Kixotla Sanço Panso kimi. Əlini dəhərdən-hərdən çiynimə elə qoyur ki, elə bilirəm bütün dünyanın yükü üstüməçöküb.

O boyda bədənin içində biruşaq oturub. Hərdən danışır, deyir, çoxdanın hadisəsidi. Deyirəm, Orxan,vur-tut 20 yaşın var, çoxdan deyəndə nə deyirsən? Mənim ilişmələrimə gülübkeçir.

Ona bir dostumuz deyib:

- Görmüşük ki, sənin kimiyekə, güclü adamlar onu-bunu basıb döyür. Sənin isə ürəyin yumşaq, həssassan...

Dostumuzun sözünü kəsmək kimiolmasın, Orxan bir dəfə danışırdı ki, döydüyü adam əllərini qalxan kimi başınaqaldırıb yalvarırmış: "Vurma, vurma!”

Orxan döydüyü adamı yerdənqaldırıb, sonra gedib kafelərin birində ağlayıb.

Bir əhvalat da danışım:

Yafəs Türksəs telefondaOrxanla danışıb. Vədələşib görüşüblər. Orxan Yafəsə yaxınlaşanda tanımayıb.Deyib, a bala, sən kimsən. Orxan da karıxmış halda: "Mənəm də Yafəs əmi,mən, Saffari"

Yafəsin qaşları düyünlənib:

"Səsin kişi kimiçıxırdı, tanıya bilmədim görəndə”.

Ona həm də Uzun deyirik. Üzüuşaq, boyu cavan, səsi böyük. Orxan haqqında əslində maraqlı roman da çıxar. Hələaxtarışdadır. Şeir yazırdı, sonra sözümə qulaq asdı, başa düşdü ki, indi nəsrdövrüdür, qələmi sazlayıb keçdi hekayə yazmağa.

Yaman söyüşçüldü. Amma eləadamlar var axı, qəşəng söyür, sən də uğunub gedirsən. Orxan da elədi. Hərdənmənə itirdiyim bir dostumu xatırladır. Danışığı, yerişi, baxışı. İstəmirəmtaleyi onun kimi olsun.

Tez-tez zarafatlaşıram ondan:

- Boy-buxununa, gücünə filanfikir vermə e, əsas mətndi.

Dəli olur bunu deyəndə. Qulağınızıqapadın, söyüşlər gəlir.

O boyda boyu var, ammadarıxanda elə darıxır ki... Özünə yer tapa bilmir. Mənə tez-tez zəng edir. Deyir,eləcə danış qulaq asım. Qəribə uşaqdı. Hərdən öz-özümə deyirəm ki, yazıq uşaqbədbəxtliyə namizəddir, ədəbiyyatda olmaq bizə guya nə qazandırır ki... Düzdü,Orxan burda sözümü kəsib zarafatla deyəcək: "Ədəbiyyatdasan ki?”

Ədəbiyyatı sən seçmirsən, osəni seçir. Mən həmişə bunu deyirəm ona. Əgər həqiqətən də ədəbiyyat onu seçsə,üzümü ona tutub deyəcəm: "Sən də bədbəxt oldun”.

Yəqin Saffari indi də hardasadarıxır. Bir azdan zəng edə bilər. Mən yazıma nöqtə vurub start vəziyyətindəgözləyim. Nə olar-nə olmaz, əsəbiləşib söyər məni, sonra gəlib döy... Yox döyməz,əli qalxmaz mənə. Onun içi ədəbiyyatla döyünür...

TƏQVİM / ARXİV