“İdmançılarla bağlı böyük mübahisələr baş verir” - Nazir
"WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi qurumun qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir"
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, tədbir çərçivəsində idman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər. "İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03