Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi I oxunuşdan keçdi
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün nəzərdə tutulan büdcə layihəsi I oxunuşda qəbul edilib.
Noyabrın 14-də "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında"Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.
Müzakirələrdən sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.
Müvafiq icra hakimiyyəti orqanının - Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcəsinin gəlirləri 3 928 104 000 manat, xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub. Sənəddə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 milyon 500 min manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 milyon 400 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
Digər Xəbərlər
24 Aprel 2024 10:28
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
23 Aprel 2024 20:11"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31