adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Noyabr 2018 16:30
7701
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GÜNAHKAR

Mən -
uydurduğum
hər cür bəhanə ilə
Özü də qəsdən
və həm də
bilə - bilə
Səsini eşitmək
istəyirəm -
üz - üzə ,
ya da telefonda...

Sən isə ...
bilmirəm
nədənsə,
ya da
qəsdən
hər cür bəhanəsiz
səsini gizlədirsən!
Üz -üzə,
hətta telefonda...

Amma,
hələ bu da
deyilmiş son!..
İndi bilmişəm -
ortada günahkar var
o da -
zəng catmayan ,
ya da
əhatə dairəsindən
kənarda olan -
TELEFON!..