adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Noyabr 2018 15:36
9751
DÜNYA
A- A+

CNN TRAMPI MƏHKƏMƏYƏ VERİR

CNN telekanalı elan edib ki, ABŞ prezidenti Donald Trampı və onun administrasiyasının bir neçə əməkdaşını telekanalın jurnalisti Cim Akostonun Ağ Evdəki akkreditəsini dayandırdığı üçün məhkəməyə müraciət edəcək. Bununla bağlı onlar Vaşinqtonun dairə məhkəməsinə iddia ilə müraciət ünvanlayıblar.

Telekanal hesab edir ki, prezident Tramp və administrasiyanın beş əməkdaşı onların ABŞ Konstitusiyasına edilmiş 1-ci və 5-ci düzəlişləri pozmaqla onların hüquqlarını tapdalayıblar.

Xatırladılır ki, məhz birinci düzəliş ABŞ-da mətbuatın azadlığına zəmanət verir. Trampdan başqa, prezidentin mətbuat katibi Sara Sanders, Ağ Ev Aparatının rəhbəri Con Kelli, müavini Bill Şayn, məxfi xidmətin direktoru Cozef Klensi və jurnalist Akostonun akkreditasiya vəsiqəsini alan adı çəkilməyən əməkdaşı da cavabdeh qismində məhkəməyə verilib.