adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2018 15:35
9805
DÜNYA
A- A+

ABŞ SANKSİYALARI TƏXİRƏ SALIR?

Bloomberq Konqresdəki senatorlara istinadən bildirir ki, ABŞ Konqresinin Rusiyaya qarşı ilin axırınadək yeni sanksiyaların tətbiq etməsinə vaxtı qalmayacaq.

ABŞ Konqresinin yaxın aylarda dövlətin xərcləri, yeni hakimlərin təyinatı və xalq təsərrüfatı ilə bağlı qanunların hazırlanmasına diqqəti yönətməlidir. Yeni konqresmenlərin parlamentdə vəzifələrinə başlamasına qədər onlar «axsaq ördək» vəziyyətində qalacaqlar. Yeni parlament isə 2019-cu ilin yanvar ayında vəzifəsinin icrasına başlayacaq. Ona görə də yeni sanksiyaların tətbiqini hazırlayan senatorlardan biri Bob Menendes bildirib ki, «bizim çox az vaxtımız qalıb. Ona görə də işimizi elə qurmalıyıq ki, Milad bayramında da işləməyək. Senator Con Kornin isə bildirib ki, hazırki aralıq seçkilərində Rusiyanın müdaxiləsi qeyd olunmadığı üçün bu barədə yeni məlumatlar alınana qədər təxirə salına bilər.