adalet.az header logo
  • Bakı 7°C
14 Noyabr 2018 15:31
24509
HÜQUQ
A- A+

Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Mirzəbəyov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda rayon sakini S.Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirovu bıçaqla qətlə yetirib.

Hadisə rayonda keçirilən toy məclisində baş verib.

S.Mirzəbəyov Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq saxlanılıb.