adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Noyabr 2018 15:25
8429
MƏMLƏKƏT
A- A+

VALLAHİ, XALİD KAZIMLINI CİN ÇARPACAQ

Qaqa, sən nətəhər adamsan ey, cinə inanmırsan və cinə inananları da qəzetinizdə lağa qoyursan. Heç səndən gözləməzdim. Dünya cin-şeytanla doludu. Elə özüm şahidiyəm, bizim kənddəki əmioğlu bir cin tutmuşdu, üstünə də sancaq bağlamışdı ki, qaçmasın. Düz bir ay ona pambıq yığdırdı. Özü də gündə 150-200 kilo pambıq yığırdı. Yazıq da hər axşam yalvarırdı ki, məni burax, kənddə sənə bir artezian quyusu vurdurum. Camaat da düşdü əmioğlunun üstünə : «Ə, yazıqdı, burax getsin, bir az irəli düşək». Cinin də ağlına gəlmirdi ki, üstündəki sancağı açıb tullasın və aradan çıxsın. Kənd camaatının təzyiqi ilə əmioğlu cini buraxdı, amma cin də namərd çıxdı, artezian vurmadı. Sən də cinə inanmırsan. Hər yer doludu ey.

Xalid bəy, İsi Məlikzadənin «Quyu» povestində bir yer var, ata-bala kankandılar. Ata quyunun içində qazır, oğul da dolu vedrələri yuxarıdan çəkib tökür çölə.

Oğul soruşur:

- Ata, dünyada biqeyrət adam çoxdu, yoxsa qeyrətli?

Ata:

- Dünya böyükdü, oğul, deyə bilmərəm.

Oğul:

- Bəs, kəndimizdə?

- Dart, bala, dart.

Yeri gəlmişkən, Xalid bəy, ad günün mübarək olsun. Özünü cinlərdən qoru.