adalet.az header logo
  • Bakı 7°C
14 Noyabr 2018 14:59
9295
İDMAN
A- A+

Azərbaycan gimnastı: Ümid edirəm ki, fəxri kürsüyə çıxacağıq

Mən Milli Gimnastika Arenasında keçirilmiş podium məşqlərindən razı qaldım.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda Ruhidil Qurbanlı ilə cütlükdə çıxış edən Azərbaycan gimnastı Abdulla əl-Məşayxi deyib.

Gimnast üzvü olduğu cütlüyün turnirdəki şansını yüksək olaraq qiymətləndirir:

"Fikrimcə, əgər səhvsiz çıxış etsək, fəxri kürsüyə mütləq çıxacağıq. Biz yarışa ciddi köklənmişik və yaxşı çıxış etməyə çalışacağıq”.

A.əl-Məşayxi əlavə edib ki, Milli Gimnastika Arenasında idmançılar üçün əla şərait yaradılıb və yarışlar hər zaman yüksək səviyyədə keçirilir.

17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.

Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.

Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi "AGF Trophy” Kuboku da təqdim olunacaq.