adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Noyabr 2018 12:58
6660
GÜNDƏM
A- A+

Deputat: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək

Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında, kəmiyyət və keyfiyyətin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyənin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və vergi orqanlarının birgə fəaliyyəti dövlətin səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır.

R.Mahmudov bildirib ki, müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib: "Beləliklə, səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq büdcənin 4.2 faizini təşkil edib. Bundan əlavə, icbari tibbi sığortanın 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini göstərəcək”.

Deputat qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda, səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür: "Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmədir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin