Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı
Bakıdakı "Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb.
Adalet.az report-a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.
Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.
Yasamal Rayon Prokurorluğunda araşdırılan cinayət işi artıq yekunlaşaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.
Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb.
Bağçanın müdiri N.Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Digər Xəbərlər
15 Mart 2024 11:48
Baş Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət etdi
14 Mart 2024 13:16Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı YENİ QƏRAR
13 Mart 2024 18:00Baş Prokurorluq bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyənlərə müraciət etdi
12 Mart 2024 18:41Ali Məhkəmədən əmlak bölünməsi ilə bağlı mübahisələrə dair QƏRAR
12 Mart 2024 16:22