Bilmirəm, etdiyim oğurluqdur, ya yox? - Eminquey yazır

EMİNQUEY AKİF
45679 | 2018-11-14 11:23

Dayanacaqdanbir az kənarda dayanıb havanı da, özümü də zəhərləməyə başladım. Avtobusun gəlişinigözləmək qədər sıxıcı heç nə yoxdu. Birdən Yadıma düşdü ki, kartda gediş olmayabilər, yoxlayım. Aparata yaxınlaşdım, önündə bir-iki adam var idi. Biri kartınıaparatdan çəkir, yenə yaxınlaşdırır, qəpik atırdı. Atdığı qəpik hesaba yüklənmirdiki, yüklənmirdi. Aparat bir-iki dəfə qəpiyi dala qaytarandan sonra üçüncüdə birdə bunu təkrarlamadı. Yeməyin son dörd-beş qaşığında doyan uşaqlar kimi aparatda ağzını yummuşdu. Ürəyimdə dedim ki, "dayı, aparatı zorlayanda belə olacaq da”.

Kişinin əsəbləritarama çəkilmişdi. Dözmədi, əsəbindən aparata bir yumruq ilişdirdi, sonrabirini də. Sonra əl hərəkətləri ilə "sənin kimi aparatı...” ədasıyla aparatı təhqirdə elədi.

"Ümidlərsonda ölür” deyimi ödəmə aparatının önündə özünü hər saniyə sübut edirdi. Kişidənsonra sıra bir qadına gəldi. Onun da qəpik atma cəhdləri puç oldu, aparat o qəpikləridə udub geri qaytarmadı. Kişinin də, qadının da atdığı qəpiklər kartlarına yüklənmədi.Qadın nə fikirləşdi, nə götür-qoy elədi, bilmirəm. Çantasını açdı, pulqabındandiri bir manat çıxartdı, aparata yaxınlaşdırdı. "Cyuuuu, cyuuuu, cırrrt” deyə səsçıxarıb aparat manatı məmnuniyyətlə uddu. Qadının üzündə bir anda çiçəkləraçdı. Manatı hesabına yüklənmişdi.

Açığı bir azdilxor oldum. Deməli, aparat qəpiyə qarşı kin bəsləyir, küsüb qəpik-quruşdan.Lobya supundan küsən adamlar kimi aparat da manatlıqları plov kimi, kabab kimihop götürürdü. Cibimdə qalan yeganə 30 qəpiyim haqda düşündüm.

- Off, indibu qəpiyimin taleyi necə olacaq? Bunu yükləyə bilməsəm bu boyda yolu evə piyadagetməli olacam. Hava da soyuq. Əşşi, nə olar, olar e. Risk eləmək lazımdı.

... deyibkartı aparata qoydum. Əvvəlcə 10 qəpiyi aparata itələdim. "Danq”ıltı və ekrandabalansımın 10 qəpik artdığını görüb sevindim. Aparat insafa gəlmişdi. Sevincək20 qəpiyi də itələdim. Bu dəfə isə "Danq”ıltı və ekranda balansın heç vecinə dədeyilmiş kimi ədası əsəblərimi yerindən oynatdı.

- Ay əclaf!20 qəpik pul deyil? Hə? Nə özünü naza qoymusan? İndi balansımdakı 10 qəpiyin nəmənası var axı? Niyə mənim 20 qəpiyim balansa yüklənməyib səndə qalmalıdı?

Qadın kimimanatlığım da yox idi. Artıq iki avtobus ötürmüşəm, dayancaqda da adamqalmayıb. Özümə ürək-dirək verib başımı işlətdim.

- Hmm... Deməli,sənin qəpik götürən yerində problem var, hə? Mən indi sənin boğazını yeddiləyərəm.Darıxma.

Aparatın qəpikatılan yerində ilişib qalmış qəpiklər parıldayırdı. Amma necə oldu ki, bubasabasdan 10 qəpik üzü ağ çıxdı? Hələ də qaranlıq qalıb mənə. Cib darağımıçıxartdım. İki barmaq enliyində, kağız nazikliyində bir daraq. Aparatın qəpikyerinin ölçüsündə idi. Darağı həvəslə o qəpik yerinə saldım. Bir dəfə itələyibçıxartdım. Darağın qəpiklərə necə dəydiyini hiss elədim.

"Şaraqqq”...

Qəpiklərinaşağıya töküldüyünü gördüm. Qəribə hissdir. Əlimi atıb qəpikləri götürdüm,saydım. 80 qəpik idi. İştahlandım. Darağı ikinci dəfə itələyib çıxartdım. Bu dəfədə "Şaraqqq”... Əlimi atıb qəpikləri götürüb saydım. 70 qəpik də bu. Üçüncünü nəsiz soruşun, nə də mən deyim.

1 manat 50 qəpiyimvar idi. Cibimdə bir qəpiyim də qalmadığı vaxtda bu pulun aparatdan çıxmağı lapyerinə düşdü. Elə bil qapısı xarab olmuş bir otaqdan adam xilas eləmişdim.Allah bilir bu qəpiklərin neçə-neçə adamın üzündə peşmanlıq, təəssüf ifadəsiyaratmış. Amma indi mənim üzümdə sevinc, qələbə ifadəsi yaratdı.

Köşkə yaxınlaşdım,qəpikləri manata çevirdim.

Sonra yenəaparata yaxınlaşıb lotu-lotu manatı dürtdüm aparata.

"Cyu-cyu-cııırt!.

Balansımda 1manat 10 qəpiyin olduğunu görüb sevincimdən göyə uçdum. Bunun şərəfinə ləzzətləhavanı və ciyərlərimi zəhərləməyə başladım. İndi deyəcəksiniz ki, bunun adınıniyə demirsən? Deyim e, amma bu zəhrimarın üstünə yaman düşüblər, deyirlər ki,sağlamlığınıza ziyandır. Filmlərdə blur effektiylə gizlədirlər. Təsəvvüredirsiz, film davam edir, obraz bunu ağzına yaxınlaşdırır və birdən çənəsiitir, görünmür. Sonra bir yandan da ictimai yerlərdə çəkilməsi qadağan olunub.İndi mən yazımda bunun adını necəö birbaşa çəkə bilərəm? Cərimədən qorxanadamam.

Avtobusum ləzzətlədönüb dayanacağa yaxınlaşdı.

Mən evəgedirəm, siz də özünüzdən və qəpiklərinizdən muğayat olun! Amanın günüdür, birdənaparat tərsliyinə salar, heç daraq da dadınıza çatmaz...


TƏQVİM / ARXİV