Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR
istifadəyə verilmiş icazənin müddəti başa çatır. Bu tarixdən etibarən avtomobilində jalüzlərdən istifadə edən hansı sürücülərə güzəşt ola bilər?
Məsələ ilə bağlı danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, qeyd edilən tarixdən sonra avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.
R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək.
Şöbə rəisi sürücüləri qaydalara riayət etməyə çağırıb:
"Kütləvi İnformasiya Vasitələrindən sürücülərimizə səslənirik ki, qaydalara riayət etsinlər. Sürücülərimiz qaydaları pozmasa, yollarda tıxaclar da olmaz. Bir sürücünün kiçik bir qayda pozuntusu 100-lə sürücünün gecikməsinə səbəb olur. Sürücülər yalnız özlərini deyil, digər hərəkət iştirakçılarını da nəzərə almalıdırlar”.
Qeyd edək ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.(modern.az)