adalet.az header logo
  • Bakı 17°C
14 Noyabr 2018 00:21
5437
GÜNDƏM
A- A+

BURADA QƏLBLƏR DAHA HƏRARƏTLİDİR

(əvvəli ötən sayımızda)

Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə rayonda bütün imkanlar təhlil olunaraq bu il 5030 hektar sahədə pambıq əkilmişdir.
Becərmə işləri aqrotexniki qaydalara uyğun aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Artıq ay yarımdır ki, pambıq yığımı aparılır. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, sahələrdən 4000 tondan çox pambıq toplanılmışdır. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6500 nəfərədək işçi qüvvəsi cəlb edilmişdir. Cənab Prezident baramaçılıq sahəsində də böyük inkişafın müşahidə edildiyini və bu sahənin ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsini vəzifə kimi qarşıya qoymuşdur. Ölkə rəhbərinin tapşırığına əsasən baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonda 18 nümayəndəlikdə 199 kümçüyə 520 qutu barama qurdu verilmiş, rayon üzrə 20380 kiloqram barama tədarük edilərək "Azəripək" MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur. Rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 28 hektaradək sahədə istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 210 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır.
Bu il "GEOTERMAL AGRO" MMC tərəfindən Mollakənd kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir.
Müşavirədə ölkə rəhbəri aqroparkların yaradılmasına və aqroparklarda gedən işlərin gedişi və 192 min hektar sahədə 45 aqroparkın yaradılmasının nəzərdə tutulduğunu, ondan 4-nün isə istfadəyə verildiyini və ilin sonuna qədər 13 aqroparkın istifadəyə veriləcəyini vurğuladı. Rayonda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmış, hazırda aqroparklarda infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində işlər davam etdirilir. Bu il aqroparklar tərəfindən 4000 hektaradək sahədə dənli bitkilər əkilmiş, 2040 hektar sahədə pambıq və digər yazlıq əkinləri aparılmışdır. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta məhsuldarlıq göstəricilərindən xeyli yüksəkdir. Rayonda Aqrolizinq ASC-nin regional nümayəndəliyinin rayon bölməsi fəaliyyət göstərir. Bölməyə 266 ədəd traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 18 müasir taxılyığan kombayn, 12 pambıqyığan maşın alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dən çox traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Sahələrin su təminatının yaxşılaşdırılması sahəsində də işlər görülür. Bu ilin 9 ayında 701 km kanal və 102 km dren şəbəkəsi lildən təmizlənmiş, 118 hidrotexniki qurğu, 6 nasos kompleksi və bir neçə beton və latok kanallar əsaslı təmir olunmuşdur.Rayonun Şilyan massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik "Şilyan" kanalında genişləndirmə işləri başa çatdırılmış, Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədi işə buraxılmışdır.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı artırılaraq 65156 başa, qoyun və keçilərin sayı 133319 başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 9,5 faiz, süd istehsalı 0,9 %, yumurta istehsalı 50,3 faiz, yun istehsalı 22,0 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Rayonda bu ilin 9 ayında 1321 baş mal süni mayalandırılmış, 829 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Kürdəmir Baytarlıq İdarəsi tərəfindən hesabat dövrü ərzində 58493 baş iri buynuzlu, 133446 baş xırda buynuzlu heyvanlarda, 1128 baş atlarda qarayara, 85925 baş iri buynuzlu heyvanlarda, 85962 baş xırda buynuzlu heyvanlarda isə dabaq, 55877 baş iri buynuzlu heyvanlarda infeksion nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. 7160 obyekt, 206090 m? ərazi dezinfeksiya olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2018-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 2942 m2 dam örtüyü dəyişdirilmiş, 3202 m2 sahədə suvaq işləri aparılmış, 18,2 m2 plastik pəncərə, 24 m2 dəmir qapı quraşdırılmış, 120 m2 sahədə keramika, 144 m2 sahədə isə ağlay üzlüklü material vurulmuş, daxili və xaici divar səthləri 2890 m2 sahədə emulsiya ilə rənglənmişdir.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda "Xalça istehsalı emalatxanası"nın tikintisi planlaşdırılmış, hazırda hər iki layihə üzrə tikinti işləri davam etdirilir.
"ASAN xidmət" mərkəzində restoran, yüməkxana, çay evi tikililərinin dəmir-beton hissələri, "ASAN xidmət"in əsas binasında isə birinci mərtəbəsinin dəmir-beton hissələri tamamlanmışdır."Xalça istehsalı emalatxanası"nın əsas tikinti işləri başa çatdırılmış, hazırda son tamamlama və ərazinin abadlaşdırılması işləri aparılır. "Azpetrol" yanacaq doldurma məntəqəsi və motel binasının tikintisində əsas dəmir-beton işləri tamamlanmış, arakəsmə divarlarının tikintisinə başlanılmışdır.

(ardı gələn sayımızda)