adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Frutik Qriqoryana gecikmiş açıq məktub

6958 | 2018-11-14 00:19
("Prokuror Roman kimi həyat" kitabının "Tariximiz və keçmişimiz" bölməsindən )

(əvvəli ötən saylarımızda)

M.C.Bağırovun bacısı Səkinə xanım mebel alır.Mircəfərə xəbər verirlər ki,həmin mebeli bacısı mağazadan pulsuz görürüb.İ.Mustafayevin rəhbərliyi ilə 6 nəfərdən ibarət komissiya məlumatı yoxlayarkən məlum olur ki,Səkinə xanım həqiqətən mebel alıb,lakin həyətində yetişdirdiyialmanı satıb pulunu ödəyib.Arayış M.C.Bağırova təqdim olunarkən üzərinə dərkənar qoyur:
-İş arxivə alınsın.Mebel uşaq baxçasına təhvil verilsin!
M.C.Bağırovun oğlu Cahangir hərbi təyyarəci olur.Döyüşlərin birində onun təyyarəsini vururlar.O,alovlanan təyyarəsini düşmən təyyarəsinə çırpır və qəhramanlıqla həlak olur.Komandanlıq Cahangirə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi barədə məsələ qaldıranda Mircəfər razı olmur və deyir:
-Mənim oğlum cəbhədə həlak olan yüzlərlə Azərbaycanlıdan artıq deyil.
M.C.Bağırovun bacısı oğluna dostunun anası kiçik xalça bağışlayır.Çuğullar xəbəri tez Mircəfərə çatdırırlar.Kabinetə girib dayısı ilə görüşmək istəyən baçı oğluna bərk dayı şilləsi vuraraq deyir:
-Siçan olmamış dağarcıq yırtırsan? Get bu gün xalçanı qaytar.Baçı oğlu Qubaya qayıdıb həmin gün xalçanı qaytarır.
Bəs onda Mircəfərin nəyi xoş gəlməmişdi sovet rəhbərlərinə?Aha...deyəsən tapmışam!
Sov.İKP MK-nin 3-7 iyul 1953-cü ildə "L.Beriyanın işi ilə əlaqədar" keçirilən plenumunda bütün Mərkəzi Komitə üzvləri,o,cümlədən M.C.Bağırov çıxış etdi.M.C.Bağırov çıxış edərkən 2 dəfə onun sözünü kəsib soruşurlar:
- Siz L.Beriyanın müsavat hökumətinin cəsusu olduğunu bildiyiniz halda, nə üçün bunu partiyadan gizlətmiş,kommunist kimi onun vaxtında ifşa olunması üçün tədbir görməmisiniz? M.C.Bağırov hər iki halda eyni cavabı verir:
-Həmin dövrdə Zaqafqaziyada bolşevik hərəkatına rəhbərliyi Anastas İvanoviç Mikoyan yoldaş həyata keçirirdi.
Plenumda M.C.Bağırov Sov.İKP MK Rəyasət Heyəti üzvülüyünə namizədlikdən və MK üzvülüyündən xaric edilmişdi. Bir məsələni də unutmamısınız sizlər,ey Frutik.M.C.Bağırovun Azərbaycana rəhbərlik etdiyi vaxt dişiniz batmırdı bizə.Bunu sübut etmək üçün iki faktı yadınıza salmaq istəyirəm.
1945-ci ildə Ermənistan KP MK-nin I katibi Arutyunov DQMV-nin Ermənistan SSR tərkibinə daxil edilməsi barədə ölkə rəhbərliyinə müraciət edir.ÜİK(b)P-nin katibi V.Malenkov həmin məktubu M.C.Bağırova göndərir.M.C.Bağırov 10 dekabr 1945-ci ildə V.Malenkova cavab məktubunda Arutyunovu fikirlərinin yalnış olduğunu təkzib edilməz faktlarla sübut edərək, məktubun axırında aşağıdakıları göstərir":Şuşa istisna olmaqla Dağlıq Qarabağın aşağıdakı şərtlərlə Ermənistana birləşdirilməsinə etiraz etmirik".
1.Ermənistan SSR-nin Əzizbəyov,Vedi,Qarabağlar və.s.(Cəmi 9 rayon);
2.RSFSR-in Dağıstan MSSR-nın Dərbənd və Qasımkənd rayonlarının;
3.Gürcüstan SSR-nin Borçalı mahalı (Cəmi 5 rayon) Azərbaycan SSR tərkibinə daxil edilsin.
M.C.Bağırovun bu məktubundan sonra məsələ müzakirə edilmədi.Bu M.C.Bağırov cəsarətinin və vətənpərvərliyinin göstəricisi olmaqla bərabər erməni separatizminə vurulmuş zərbə idi.(M.C.Bağırovun iddia etdiyi ərazi DQMV-nin ərazisindən iki dəfə çox idi.)
M.C.Bağırovun məhkəməsində dövlət ittihamını müdafiə edən SSRİ Baş Prokuroru R.Rudenkonun suallarına verdiyi cavabları xatırladıram sənə.
Rudenko:
-Boyük Sovet Ensiklopediyasının baş redaktoru Suren Şaumyanı nə üçün təhqir etmisiniz?
M.C.Bağırov:
-Bakıdan qovmuşam. Bir dəstə adamla gəlib arxivlərimizi eşirdi.Kommunust pərdəsi altında daşnakların cinayətlərinə dair sənədləri aradan çıxartmaq istəyirdi.Ona görə də əmr etdim ki,24 saat ərzində Bakını tərk etsin.
R.Rudenko:
-Müttəhim Bağırov,1948-ci ildə Nizaminin yubiley təntənələri keçirilən vaxt Marietta Şaginyanı nə üçün təhqir etmisiniz?
M.C.Bağırov:
-Mənimlə görüşmək istəyirdi.Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz tikdiyi üçün,rədd etdim.Dedim ki, nə qədər istəyir verin yeyib-içsin sonra da çıxıb getsin.
M.C.Bağırov sizlərdən fərqli olaraq öiümü də kişi kimi, öz adına və xalqına layiq şəkildə qarşıladı.
Görkəmli hüquqşünas İdris Əsgərova isnad edərək aşağıdakıları bildirirəm.İdris müəllim Moskvada yaşaya dostları ilə "Rossiya"mehmanxanasının restoranında şam yeməyi yeyərkən M.C.Bağırovun kiçik oğlu Cen ilə rastlaşırlar.Cen atası haqqında maraqlı hadisə danışır.Cen deyir ki,qüvvədə olan qaydalara əsasən ölüm cəzasına məhkum edilmiş insanlara hökmün icra edilməsindən əvvəl ailə üzvləri ilə görüş verilirdi.Cen anası Yevgeniya Mixaylovna ilə atasının görüşünə gedir.Həmin görüşdə M.C.Bağırov oğlu Cenə deyir:
-"Oğlum, mən xalq düşməni deyiləm.Partiya siyasətini dəyişir.Bunu əsaslandırmaq üçün qurbanlar tələb olunur.Mən də bu qurbanlardan biriyəm".
M.C.Bağırovun olüm hökmünün icrasında prokuror kimi iştirak etmiş SSRİ Baş Prokurorunun müavini Novikovun Azərbaycanın tanınmış hüquqşünaslarından Ağakərim Kərimova dediklərindən:
-Bağırovu güllələməyə gətirəndə hökmün icrasında iştirak edən prokuror kimi ondan"demək istədiyin söz varmı?"-soruşanda Bağırov:
-"Əvvəla qollarımdakı kəndiri açın və gülləni arxadan başıma deyil,qarşı tərəfdən ürəyimə vurun" demişdi.
Hökm onun istədiyi şəkildə icra olunmuşdu.

AZAN

Əleykə lənət,ya Frutik
Xatirimdədir sən deyirdin ki,bu nədir hər tezdən sizin mollalar"Allah, Allah" deyib, nə isə oxuyub camaatı yuxudan oyadırlar.Bəlkə birinin xəstəsi var.Uşaqım hər dəfə yuxudan ayılıb ağlayır bu səsə.
Sənə cavab verirəm ki,bu azandır.Dinimizin sütunu oian namaza çağırışdır.Sizdə zəng çalırlar, biz nə vaxt demişik ki,bu səsdən adamın qulağı tutulur.Musəvilərdə ibadətə tuluqdan səs çıxartmaqla çağırırlar.Yəni insan əli ilə düzəldilmiş aləti səsləndirirlər.Biz tolerant xalqıq.Bütün dinlərə və inanclara hörmətlə yanaşırıq.Müqəddəs kitabımız Qurani Kərimin Nisə surəsinin 162-ci ayəsində də göstərilir ki,"Onların elmdə qüvvətli olanlarına mükafat verəcəyik".Bizim dinimizdə Allahın yaratdığı insan səsi ilə yəni, azanla çağırış edilir ibadətə.Bu barədə uzun danışmayacağam.Sənə böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə çavab verirəm.

Allaha ucalan ulu bir yolun
İlkin pilləsidir Allahu Əkbər.
Haqqı dananların üzünə dəymiş
Haqqın silləsidir Allahu Əkbər.

Aşura ilə əlaqədar

Xatirimdədir deyirdin ki, bu nədir ildə bir dəfə əzizi ölən adam kimi yas tutursunuz. Minlərlə adam bir yerə toplaşıb ay Hüseyn, vay Hüseyn deyirlər. Başını, gözünü qanadıb, üst-başını cıranlar da var . İki əmioğlu hakimiyyət davası edib, biri o birinə qalib gəlib. Siz isə məğlub olana yas tutursunuz.
Sənə cavab verirəm. Əvvəla bu hadisə (m-680) hakimiyyət davası deyil, ədalət savaşıdır. Xeyirlə şərin mübarizəsidir. İkincisi əzadarlıq məclisləri ondan ötrüdür ki, bu böyük hadisəni sənin kimilər səhv şərh edib xalqın yaddaşından silə bilməsin. Biz əzadarlıq məclisləri qurmasaydıq, sonrakı nəsillərin İmam Hüseyn haqqında bilgiləri olardımı?Onu da deyim ki,biz İmam Hüseyni deyil,onun əməllərini ağlayırıq. Sənin sevimli sovet hakimiyyətin 70 ildə dinimizin sütunu sayılan namazı, rəhmət ayı olan Ramazanı əlimizdən ala bilmişdi. Əhalinin vur-tut beş-on faizi namaz qılır, oruc tuturdu. Ən çox hücuma məruz qalan İmam Hüseyn aşiqliyi olsa da, əhalinin 70%-i heç olmasa qəlbimdə İmam Hüseynə yas tuturdu. Bu gün 30 ildir dinə azadlıq verilib. Əhalinin yarısı namaz qılır, oruc tutur. İmam Hüseyn aşiqliyi yenə əvvəlki səviyyəsindədir. Haqdan gələn işıqı necə söndürmək olar? Tarixdə heç bir vaxt görünməyib ki, idea, ədalət, əqidə uğrunda nəinki özünü, hətta qohum qardaşını, balalarını qurban verəsən (72 nəfər). İmam Hüseyn təkcə şiələrin ağası deyil, onun əməlləri insanlıq naminədir, ümumbəşəridir.
Bu gün haqsızlığa qarşı dünyada iki mübarizə forması var. Birincisi Çe Qevara üsuludur. Bu üsul inqilab, ixtişaş, terror, qan tökmə üsuludur.
İkinci üsul Mahatma Qandi üsuludur. Hindistanın 20-ci əsrdə ən böyük 3 oğlundan biri, bəlkə də birincisi Mahatma Qandidir. Hələ 19-cu əsrin axırlarında Londonda yaşayarkən Qandi bütün dinləri öyrənib, hər dindən ən yaxşı hesab etdiyi cəhətləri əxz etmişdi. İslam dinində İmam Hüseyn hərakatını özü üçün örnək götürür. M.Qandi yazırdı":Mən islamın dahi şəhidi Hüseynin həyatını diqqətlə oxumuşam.Kərbəla səhifələrini kifayət qədər vərəqləmişəm.Mənə aydın olub ki,əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə onun (Hüseynin) yolunu davam etməlidir".
1905-ci ildə CAR-da Mahatma Qandi İmam Hüseyn üsulundan istifadə edərək dinc oturaq mitinqlər təşkil edir. Sonradan onun bu mübarizə üsulu bütün dünyaya yayılır. Bu gün dünyanı qana bulayan Əl-Qaidə, İŞID və digər terror təşkilatlarının heç birində İmam Hüseyn aşiqi tapa bilmərsən.
QURAN haqqında

Əleykə lənət ya Frutik !
Xatirimdədir, deyirdin ki,Qur,an vərəqlərini cırdım atdım.Nə evim yandı nə də özümə bir şey oldu.Daha sonra deyirdin ki,1400 il əvvəl insanlar tərəfindən yazılmış bu kitabdan nə öyrənmək olar? Cavab verirəm ki, Qur,an Allah kəlamlarının toplusudur.O,müqəddəsdir.Sənin Qur,an cırmağın nəyi həll edir?! Onu 1400 il qoruyan Allah yenə qoruyacaq.
Qur,anda deyilənlərin Allah kəlamı olmasını sübut edən bir neçə faktı nəzərinə çatdırıram,ey Frutik.
I. 27/88.Həml surəsinin 88-ci ayəsində deyilir:-(O gün) dağları görüb,onları hərəkətsiz və donmuş zənn edərsən.Halbu ki,onlar buludun keçdiyi kimi hərəkət edərlər. 14 əsr bundan əvvəl deyilmiş bu sözlər Yerin hərəkətdə olmasına işarədir.Halbu ki,Sizin dininizdən olanlar yerin hərəkətdə olduğunu deyən Koperniki odda yandırdı,Qalileyi biabırçılıq sütununa bağladılar.
II. 67/3.(Mülk) Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan odur.2/29. (Bəqərə)41/11,12(Fussilət)71/15(Nuh)14 əsr bundan əvvəl Qur,ianda göstərilənlər Yerin üzərindəki atmosfer təbəqələrinə işarədir.Müasir elm bunu bir əsrə yaxındır ki,müəyyən edib.

1.Troposfer
2.Stratosfer
3.Mezosfer
4.Termosfer
5.Ekzosfer
6.İonosfer
7.Manyetosfer
III. 65/12.(Talaq)"Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır..."Qur,anda Yerin yeddi qatının olması 1400 il bundan əvvəl xəbər verilir.(Müasir elmi nailiyyətlər yerin həqiqətən yeddi qatdan ibarət olduğunu təsdiq edir).

1.Hidrosfer
2.Litosfer
3.Astenosfer
4.Üst mantiya
5.Alt mantiya
6.Xarici nüvə
7.Daxili nüvə

IV. 6/101.(Ənam)."O, göyləri və yeri(yoxdan)var edəndir..."51/47(Zaruyat)."Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik".Astronomiya elminin bəsit formada olduğu dövrdə 1400 il bundan əvvəl Qur,anda kainatın bir anda yaranmasından və genişlənməsindən bəhs olunur.XX əsrdə alimlər sübut etmişlər ki, ilk partlayışla yaranmış kainat indiyə kimi hər an böyük sürətlə genişlənməkdədir.("Biq banq"- "Böyük partlayış" nəzəriyyəsi-1929).
V. 21/104.(Ənbiya)."Göyü kitab kimi büküb qatlayacağımızı yadınıza salın.İlk dəfə yaratdığımız kimi, qaytarıb əvvəlki halına salırıq.39/67( Zumər)."Halbu ki,qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq."XX əsrdə irəli sürülmüş "Biq kranç"(Böyük büzülmə) nəzəriyyəsinə görə kainatın sonu, bütün kütləsini itirib bir nöqtəyə çevrilməsi ilə başa çatacaqdır.
VI. 57 /25(Hədid)."Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik(endirdik)".Müasir elm sübut edir ki,dəmiri Günəşin nüvəsindəki temperaturla da (altı milyon dərəcə) almaq mümkün deyil.Deməli dəmir Günəşdən də böyük ulduzların nüvəsində əmələ gəlmiş və yerə göndərilmişdir.
VII. 22/47.(Həcc)"Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir".32/5.(Səcdə)."O,göydən yerə qədər olan bütün işləri idarə edir.Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr. 70/4.(Məaric).Mələklər və Ruh(Cəbrayıl) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar".
Zamanın nisbiliyini,şəraitə görə dəyişdiyini elmi cəhətdən XX əsrin əvəllərində Albert Eynşteyn isbat etmişdir.14 əsr bundan əvvəl 610-cu ildən gəndərilməyə başlayan Qur,anda zamanın nisbiliyinin aydın şəkildə göstərilməsi onun ilahi kitab olmasının sübutu deyilmi?
Hörmətsiz və urvatsız Frutik! Bu deyilənlərə inanmasan Qur,anın ilahi kitab olmasını sübut edən yüzlərlə ayələrdən bir deçəsinin qısa anonsuna baxa bilərsən.
Atomun hissəcikləri: 34/3 (Səba); 10/61(Yunus)
Dənizlərin bir-birinə qarışmaması:
55/19-20 (Rəhman)
Barmaq izləri:75/4 (Qiyamət)
Bizansın qələbəsi:30/1-4(Rum)
Məkkənin fəthi:48/27(Fəth)
Kosmosun kəşfi:55/33(Rəhman)
Insanın doğulması:56/57-59(Vaqiə); 75/36-37(Qiyamət);76/2(İnsan);32/7-8(Səcdə);23/14(Muminin);39/6(Zumər);


Ələmdar Məmmədov
Təqaüddə olan baş ədliyyə müşaviri

TƏQVİM / ARXİV