adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Noyabr 2018 00:12
4767
GÜNDƏM
A- A+

TRAMP DAXİLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİ DƏ İSTEFAYA GÖNDƏRİR

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda ölkənin Baş prokuroru Cef Seşnsı vəzifəsindən azad etdikdən sonra istefa üçün yeni namizəd ortaya çıxıb: bu, Daxili Təhlükəsizlik naziri Kirsten Nilsendir.
Amerika lideri Nilsenin Meksika ilə sərhədi tamamilə bağlamaqdan imtina etməsinə cavab olaraq belə bir addım atmağı planlaşdırır. Oktyabr ayının sonunda Tramp ABŞ sərhədlərinə Qvatemala, Honduras və Salvadordan gələn "miqrant karvanı"nın qarşısını almaq və Meksika ilə sərhədi bağlamaq üçün 15 min əsgər göndərmişdi. Və həmçinin, qeyri-leqal gələn miqrantlara sığınacaq verilməsini məhdudlaşdıran fərman da imzalamışdı. Nilsenin Trampa qarşı çıxması ona baha-başa gəldi. Tramp hətta Nilsenlə bu həftəyə təyin olunan Cənubi Texas və Meksikanın sərhədindəki Amerikan qoşunlarının düşərgəsinə birgə səfərləri ləğv edərək köməkçilərinə bildirib ki, onun administrasiyadan getməsini gözləyir. Bu haqda xəbər verən "The Vaşinqton Post"un Ağ Evdəki mənbələrinin fikrincə, yəqin bu bir neçə ay ərzində Tramp immiqrasiya siyasətində Nilsenin qətiyyətsizliyindən narazı olduğuna görə, ona əvəz axtarır. Nazirin yerinə gələcək şəxs isə Trampın anti-miqrant fikrirləriylə razılaşmaqla yanaşı, onun ideyalarını da həyata keçirməlidi.
Ağ Ev aparatının rəhbəri Con Kirsten Nilsenin vəzifədən azad edilməsinə qarşı çıxmağa və ya ən azı təxirə salmağa çalışıb. Lakin mənbələrin bildirdiyinə görə , Con Kristenin özünün də tutduğu mövqe olduqca təhlükəlidir və kreslosu laxlamaq üzrədir.
Nilsenin köməkçiləri "Vaşinqton Post"a nazirin yaxın həftələrdə vəzifəsindən gedəcəyini bildirərək qeyd ediblər ki, Tramp deyəsən, immiqrasiya siyasətinin nüanslarını başa düşmür və nazir bu sahədə bəzi təkliflərlə bağlı problemləri izah etməyə çalışarkən tənqid edilirdi. Bu səbəbdən də nazir baş verənlərdən çox narazıdı.