adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Noyabr 2018 17:29
7690
SİYASƏT
A- A+

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

"Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa onun 50 faizi həmin təşkilatların hesabına keçir.

"Hesab edirəm ki, əgər rayon öz büdcəsini təmin edirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın. Və sosial xərclərə sərf etsin. Bu, çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.