Aqil ABBAS: AĞDAM NƏ QƏDƏR ŞƏHİD VERİB?

AQİL ABBAS
73192 | 2018-11-16 10:23

Qələm dostumuzAsəf Quliyev yaman sinirlənib və sosial şəbəkədə AzTV-nin siyasi şərhçisi və"Günün nəbzi" proqramının aparıcısı Rövşən Məmmədov və ağdamlı deputatları "S-300"raketləri ilə atəşə tutub. Onu ürəyi Qarabağ eşqilə çırpınan, Ağdamın uğrundacanından keçməyə hazır olan bir ağdamlıkimi yaxşı tanıdığımdan, yazdıqlarını anlayışla qarşılayardım, amma...

... Ammasıqalsın sonraya, əvvəlcə Asəf bəyin sosial şəbəkədə paylaşdığı statusa baxaq.

"AzTV yenə qatıqladı.

Rövşənə kimsəyazıb verib ki, bunu oxu. O da oxuyub. Ağdamın müdafiəsində 983 nəfər şəhidverib.

Çox uzağa getməklazım deyildi. AzTV-nin arxivində Heydər Əliyevin dediklərinə baxmaq lazım idi.Amma Rövşən Heydər Əliyevin dediklərinə baxmağı lazım bilməyib.

Hardasınız ayrıvaxt ağzından "Dolu" tökən duptatlar di verin AzTV-nin cavabını...Duxunuz çatırsa. Cavab verə bilməyəcəksizsə səsinizi kəsin və oturun sizi hardaoturdublar orda.

Əgər Ağdam vəAğdamlılar haqqında Heydər Əliyevin nə dediyini bilmək istəyirsinizsə buyurun baxın..."

Və sonra həminçıxışın yutubda yerini göstərib.

Ağdamlıdeputatlara bu qədər kin, nifrət, hirs, hikkə hardandı bilmirəm. Ağdamdeputatları "duptat", "duxunuz çatırsa", "səsinizi kəsin","oturun" və sairə ilaxır ifadələrlətəhqir etmək deyəsən özünə çox ləzzət eləyib, ağzı şirin olsun.

İndi gələkammaya...

Əvvəla Rövşən müəllimbunu hansısa bir məqsədlə və ya qəsdən, bilərəkdən etməyib, bu bir mexaniki səhvdir,hamımız belə mexaniki səhvlərə yol veririk. Və Rövşən müəllimin bunu mexanikiolaraq səhv etdiyini aşağıda sübut edəcəm.

İndi gələk Asəfbəyin asıb-kəsdiyi, təhqir elədiyi ağdamlı deputatlara.

Bəxtiyar SadıqovQarabağ müharibəsi zamanı "Azərbaycan" qəzetinin Qarabağ bölgəsiüzrə xüsusi müxbiri idi, qərargahı da Ağdamda yerləşirdi. Bütün günüodun-alovun içindəydi, səngərlərdəydi, qəzetə döyüş meydanından ən son xəbərləriçatdırırdı. Qələmiylə, yazılarıyla, qəhrəmanlar haqqında yazdığı sənədli kitablarıyla düşmənlədöyüşürdü. Azərbaycanın ən görkəmli publisistlərindən biridir. Onun səsini heçkim kəsməyib və sənin sözünlə də heç kim kəsə bilməz. Və onu da Milli Məclisdə oturtmayıb, Ağdamcamaatı seçib.

Bəxtiyar Əliyevqaçqınlıq zamanı yüzlərlə ağdamlı ailəninBakıdakı yataqxanalarda, mənzillərdə yerləşdirilməsində müstəsna rol oynayan,Ağdamın sayılıb-seçilən ağsaqqallarından biri Həmzə müəllimin oğludur. Görkəmli alimdir, professordur, Akademiyanın müxbirüzvüdür və Azərbaycanın elm məbədi BDU-nun kafedra müdiridir. Onu da heç kimMilli Məclisdə oturtmayıb, Ağdam camaatı deputat seçib. Səsini də heç kim kəsməyibvə sənin sözünlə də heç kim kəsə bilməz.

Qaldı mənə...Əvvəla, mən ağdamlı deyiləm, Ağcabədinin Bayat kəndindənəm. Daha dəqiq bilməkistəyirsənsə, Bayat obasınınKolanlı köyündən və soyundanam. 10 yaşımaqədər də həmin kənddə yaşamışam. Sonra Ağdama köçmüşük. Amma özümü ağdamlısayıram. Nə qədər Ağdam azad olunmayıb, ağdamlıyam. İnşallah Ağdamı azad edək,sonra Ağcabədi durur, mən dururam, olaram ağcabədili.

Bir çağırışAğdam və Ağcabədidən deputat seçilmişəm, iki çağırış Ağcabədi və Füzulidən.Bütün Qarabağ mənimdir, mən də bütün Qarabağın. Və Qarabağ haqqında ən gözəl əsərlərin müəlliflərindən biriyəm vəbəlkə də bir az da artıq:"Batmanqılınc", "ÇadırdaÜzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi","Qar üstündə qan çiçəyi" və sənin ironiya elədiyin "Dolu", eləcə də Qarabağahəsr olunmuş minə yaxın məqalə, köşə yazısı və sair və ilaxır.

Və mənim sənin təhqiramizifadənlə desək, ağzımdan tökülən "Dolu" da oddu-alovdu. Sənin lağ elədiyinbu əsər Qarabağ müharibəsi haqqında yazılan ən ağrılı və ən gözəl əsərdir ki, tənqidçilər,yazarlar, oxucular, döyüşçülər onun haqqında mətbuatda yüzdən çox məqalə ilə çıxış ediblər."Dolu" filmi də ki, göz qabağındadır.

Qətiyyən narahatolma, mənə səsi Tanrı verib, Tanrının verdiyi səsi də Tanrı kəsə bilər. QaldıMilli Məclisdə oturdulmağa, Ağdamdakı qohum-əqrəbandan, dost-tanışından soruşgör o vaxt mənə səs verəndə onlardan kiməsəbir xahiş edən, ya məcbur edən olub, yox, özləri gəlib mənə sevgiylə səs veriblər.

Keçək məsələninşəhid sayısı tərəfinə. Əvvəla, bilirsən ki, bütün rayonlarda Şəhidlər Xiyabanıvar və bu Xiyabanda şəhidlərin adları qeyd olunub. Ağdamdakı, daha dəqiq desəkQuzanlıdakı Şəhidlər Xiyabanı isə tam fərqlidir.Bu fərqlilik də şəxsən mənim ideyamdır. Nizami Sadıqovun vaxtındabu Xiyaban salınanda məsələqaldırdım ki, abidədə təkcə ağdamlışəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, onlar hamısıağdamlıdır. Belə də etdik. Bütünrayonların İcra hakimiyyətlərinə məktubla müraciət etdik bu barədə. Təəssüf ki,müraciətimizə laqeyd yanaşdılar. Sağ olsun Ağdam Məscidinin axundu Baratkişini, O Barat kişini ki, minlərlə şəhidi yuyub kəfənləyib, köməyi ilə müəyyənqədərini özümüz tapıb üzə çıxara bildik.

Ağdamnə qədər şəhid verib?! Bəli, Ulu Öndər Heydər Əliyev mənim də iştirak elədiyim bir görüşdəbildirdi ki, Ağdam 5500-dən artıq şəhidverib. Heç kim cəsarət edib Heydər Əliyevə düzgün olmayan məlumat verə bilməzdi.Və sonralar da Ulu Öndər bir neçə dəfəbu rəqəmi səsləndirib. Və heç kim dəbunu inkar etməyib. Ağdamda şəhidolanların sayı 6 minə yaxındır. Və təbii ki, bunların hamısı ağdamlı deyil,müxtəlif bölgələrdən könüllü gəlibvuruşub qəhrəmancasına şəhid olanlar dayüzlərcədir. Və onlar hamısı AĞDAMLIDIR!

Onuda vurğulayım ki, Qarabağda nə qədər şəhid verdiyimiz haqqında dəqiqməlumat yoxdur, eləcə də Ağdamda. Və heç dəqiqləşdirmə aparan da yoxdur. Yüzlərlə şəhidin nəşini götürmək də mümkün olmayıb, qalıb işğal altındakıtorpaqlarda və itkin düşmüşsayılırlar.

Vəonu da qeyd edim ki, ağdamlılar təkcə Ağdamda deyil, bütün Qarabağ boyuvuruşublar və şəhid veriblər.

Ağdamşəhidlərinin sayının belə bir statistikası da var: 4983. Bu, əlində silahvuruşub ölənlərin statistikasıdır, bombarduman altında qırılan dinc əhali buradaxil edilməyib.

Nəisə...

Gələkyenidən sənin statusuna. Nədənsə ürəyin ağdamlı deputatları söydürmək istəyib. İndideputatları söydürmək dəbdi axı. Ammaalınmayıb, şərhlərdə heç kim bizi qınamayıb və söyməyib. Dilxor olma, bir də cəhd elə, bəlkə alındı.Əksinə, Qulu Məhərrəmli də, İlqar Rəsul da səni qınayıblar. Ağsaqqaldılar vəheç sən də onlardan incimə.

Qaldı Rövşən müəlliminsəhvinə... İnternetdə AzTV-nin"Günün nəbzi" proqramının 6 noyabrda efirə getmiş verilişini tap vəbax. Gör orda Rövşən müəllim hansı rəqəmi səsləndirir və mən hansı cavabı verirəm. Bütün verilişi izləmək lazımdeyil, 1 dəqiqə 30-cu saniyədən 4 dəqiqəyəqədər izləmək kifayətdir. Hörmətli oxucular, həmin hissəni"adalet.az" saytında izləyə bilərsiniz.

P.S. Cavabyazmaya bilərdim. Amma bəzən bəziləri ucundan tutub ucuzluğa gedirlər, ona görəyazdım.



TƏQVİM / ARXİV