adalet.az header logo
  • Bakı 16°C
13 Noyabr 2018 15:44
3885
HADİSƏ
A- A+

Ağstafada piyada ölümü

Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, noyabrın 12-də saat 5 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.