adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Noyabr 2018 15:11
11160
DÜNYA
A- A+

Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - Sensasion İDDİA

ABŞ-ın "New York Times” qəzeti jurnalist Camal Kaşıqçının qətli ilə bağlı yeni detallar açıqlayıb.

Modern.azqəzetə istinadən xəbər verir ki, qətli törədən şəxslərin səs yazısında onların qrup rəhbərinə verdikləri hesabatda "boss”a hər şeyi olduğu kimi danışmaları xahiş olunur.

Türkiyəyə ezam olunmuş Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ehtimal edir ki, "boss” adı altında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd ibn Salman Əl Saud olub.

Oktyabrın əvvəllərində Türkiyənin "Sabah” və "Hurriyet” qəzetləri Camal Kaşıqçının qətli barədə göstərişin Səudiyyə kəşfiyyatının yüksək rütbəli zabiti və Məhəmməd ibn Salman Əl Saudun məsləhətçisi Əhməd Assiri tərəfindən verildiyini yazıb

Camal Kaşıqçıoktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Onun cəsədi bu günə qədər tapılmayıb.