KANALİZASİYA XƏRÇƏNGİ

NİCAT NOVRUZOĞLU
56503 | 2018-11-15 10:00

Songünlər yaxın uzaq tanıdıqlarımdan itirdiklərim oldu. Dünyalarını dəyişdilər.Hamısını da xərçəng apardı. O amansız xərçəng.

Sonvaxtlar xərçəng əcəlinin sərnişinləri çoxaldıqca bir fikir beynimi didir. Axıbiz niyə qırılırıq. Daha doğrusu niyə bizi xərçəng qırır? Biz niyə xərçənglə bacarmırırq?

Təhsilinkişafda, səhiyyə inkişafda, səhiyyənin maddi-texniki bazası inkişafda, inzibatibinaları rəngarəng. Bütün bunlarla yanaşı hər il yüzlərlə gənclər xaricininkişaf etmiş, ad çıxarmış təhsil ocaqlarını oxuyub bitirib əllərində də diplomdönürlər. Həkimimiz var, akademikimiz var, professorumuz var, müdafiə edənimizvar, dosentimiz var. Yəni mübarizə üçün hər şey var. Bəs niyə bizi xərçəngqırır? Biz niyə xərçəngin ölkəmizdə durmadan artmasının səbəbini öyrənəbilmirik? Niyə artan bu xəstəliyin qarşısını ala bilmirik? Və bütün bunlarıdüşündükcə xərçəngin sağdan soldan etdiyi hücumlar altında çırpındıqca rəngarəng diplomlara, günbə-gün artanakademiklərə, professorlara, dosentlərəinanmırsan. Onlardan xərçəngdən qorxduğun kimi qorxmağa başlayırsan. Məncə onlar da xərçəng kimi məhv edirlər bizi. Bizinə qoruya bilirlər, nə də sağalda. Amma di gəl ki, adlar ala-ala gedirlər. Adlıxərçənglər. Və ya başqa adla yaşayan xərçənglər.

Bufikirlər içində çırpınıram. Öz-özümə düşünürəm ki, bəlkə kimyaterapiya eləsələrbeynimdə bu fikirlər məhv olar mən də rahat nəfəs alaram.

Ammabunların kimyaterapeyasına da etibar yoxdu. Gərək başına çarəni özün qılasan.

Başımaisə çarə payız oldu. Payız gününün səhərmehi məni alır beynimi didən xərçəngincaynaqlarından. Beynimi təmizləyir. Quşsuz səmadan yavaş-yavaş yağış səngiləyir.Üzüm gülür. Paytaxtda çatışmayan oksigendən gücüm çatdıqca bir böyük nəfəs içiməalıram. Bu zaman göy guruldayır. Guruldayır ki, yatanlar oyansın.

Ayılanlargördü ki, Bakıya yağış yağır.

Vəbu yağış bir daha bizlərə sübut etdi ki,Bakının üstü bəzək altı təzəkdi.

Yağanyağış özünə axıb getməyə yer tapmadı. Qaldı elə Bakının düz ortasında. Həmişəkikimi. Başladı xirtdəyimizə qalxmağa.

Yağışxirtdəyimizə qalxdıqca xərçəngin caynaqlarını beynimdən çıxardıb məcbur etdiki, onu fikirləşim. Niyə yağış xirtəyimizə çıxır?

Nəfikirləşirsənsə gedib çıxırsan inkişafa. Mən də inkişafımızı fikirləşdim. Bizinkişaf edirik. İnkişafımızın da ən uğur qazanan sahələrindən biri daşınmadır.Biz dünyanın hər yerindən ölkəmizə hər cürə zad gətiririk, daşıyırıq. Cürbəcürmarkalı maşınlar, yeyinti məhsulları, geyim, ağaclar, heyvanlar və s.

Hərnə axtarsan bizim ölkədə tapmaq olar. Elə hansı millətdən də desən tapmaq olar.İçi erməni qarışıq.

Minşükür ki, hər şeyimiz var.

Buolanların içində bircəcə zadımız yoxdu. Tapmışam onu. O bir şeyi illərdi tapabilmirik. Tapa bilmirik ki, onu da gətirək ölkəmizə. Bizdə də o olsun. Canımızıyağan yağışdan, yaranan su tıxacından qurtarsın. Bu borudu. Bəli, bəli boru.Diametri iri olan boru. Borumuz yoxdu.

Bizdəngedənə neftə, qaza boru var. Amma bizə gələnə-yağışa yox.

Bizəqarşı nə təhəri oyun qururlarsa, nə təhəri siyasət işlədirlərsə bu iridiametrli boru bizə gəlib çıxmır. Bəlkə də sənəd üzərində gəlib, qazılıb,basdırılıb istifadəyə də verilib. Amma əyaniolaraq yoxdu. Nə torpağın altında, nə də ki üstündə. Ona görə də su qalxırxirtdəyimizə. Borusuz yerdə yazıq su neyləsin? Xirtdəyimizə çatanda başlayırıqsuya yalvarmağa ki, bizi boğma, sənin axıb getməyin üçün boru təşkil edəcəyik.Su da humanistlik göstərib xirtdəyimizdən düşür. Düşür ki, bəlkə düzəldi. Haradüzəlir? Sən saydığını say o biriləri artıq sayıb qurtarıb, hələ xərcləyiblər də.

Bütünbunları ona görə yazdım ki, məhz həməngün mənə bir şey agah oldu. Bir belə inkişafın nəticəsi olaraq hələ də bir vedrə suyun axıb getməsi üçün illərdiboru tapa bilmiriksə, bizim xərçəngdən qırılmağımız hələ uzun çəkəcək.

Nicat Novruzoğlu


TƏQVİM / ARXİV